top
“Bakıda özümüzü evdəki kimi hiss edirik” - Oman komandasının kapitanı + FOTO
10 may 2025, 15:54
- +

“Bakıda özümüzü evdəki kimi hiss edirik” - Oman komandasının kapitanı + FOTO

Bakıda daha bir mötəbər futbol turnirinə start verilib. Paytaxtımız “Dünya neft və qaz kuboku 2025”ə ev sahibliyi edir. Yarışda Azərbaycan, Almaniya, Oman və Misirin müxtəlif neft və qaz kompaniyalarını təmsil edən 12 komanda yarışır.

Futbolxeber.az xəbər verir ki, bu gün “ASK Arena”da turnirin açılış mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra turnirin formatı və iştirakçılar barədə məlumat verilib. Rəmzi lentin kəsilməsi ilə yarış açıq elan edilib.

Turnirin formatı barədə qeyd edək ki, komandalar yarım meydanda mübarizə aparırlar. Hər kollektivin start heyətində 1 qapıçı və 6 meydan oyunçusu yer alır. Komandalar hər biri 15 dəqiqədən ibarət olmaqla 2 hissədə mübarizə aparırlar. Dairəvi sistem üzrə keçirilən yarışda yekunda ən çox xal toplayan 2 komanda finalda mübarizə aparacaq.
Açılış mərasimindən sonra yarış start götürüb. 1-ci meydanda SOCAR və Omanın PDO (Petroleum Development Oman) komandaları, 2-ci meydanda isə “Azəriqaz” və OQ (Omanın neft-qaz kompaniyası) üz-üzə gəliblər.
SOCAR və Omanın PDO komandaları arasında matç gərginliyi ilə yadda qalıb. Hərəyə bir dəfə fərqlənən tərəflər yekunda meydandan 1 xalla ayrılıblar.
Oman komandasının kapitanı Qasim Al Riyami Bakıda olmaqdan məmnunluq duyduqlarını bildirib: “Bu yarışda iştirak etdiyimiz üçün təşkilatçılara təşəkkürümüzü bildiririk. Çox maraqlı yarış keçir. Azərbaycanda olduğumuz üçün şadıq. İnsanlar çox istiqanlıdırlar. Yeməkləriniz də çox dadlıdır. Burada özümüzü evdəki kimi hiss edirik. Yarış çox maraqlı başlayıb. Oyunlar gərgin keçir. Arzumuz vaxtımızı gözəl keçirmək və yaxşı nəticə qazanmaqdır. İlk matçda yerli SOCAR komandası ilə üz-üzə gəldik. Rəqib çox yaxşı mübarizə apardı. Oyuna fəal başlamışdılar. Lakin biz də təslim olmaq fikrində deyildik. Yekunda heç-heçə qeydə alındı. Ümid edirəm ki, onlarla yenidən finalda üz-üzə gələk”.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər