Səbail və Nərimanov rayonlarında oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a verilən məlumata görə, Səbail və Nərimanov rayonlarında yerləşən ticarət mərkəzlərində mağazaların birindən 480 manat dəyərində qızıl-zinət əşyası, həmçinin ayrı-ayrı vətəndaşlara məxsus mobil telefonlar və bank kartları oğurlamaqda şübhəli bilinən 30 yaşlı N.Kərimova, 30 yaşlı S.Əsgərov, 28 yaşlı F.Mənsimli və iki yeniyetmənin saxlanılması polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.