İqtisadiyyat nazirinin müşaviri Hüseyn Əliyev öz xahişi ilə vəzifəsindən azad edilib.
Bu barədə apa.az-a etibarlı mənbədən məlumat verilib.
Qeyd edək ki, H.Əliyev bundan öncə vergilər nazirinin müşaviri, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi, təhsil nazirinin müşaviri vəzifələrində çalışıb.