Son illər dəniz məhsulları ilə yanaşı, ölkəmizdə qurbağa ətinə də maraq yaranıb.
Bu barədə İTV süjet hazırlayıb.
Sözügedən heyvanın ətinin satışı ilə məşğul olan İlqar Nuriyev bildirib ki, qurbağa əti Azərbaycana xarici Asiya ölkələrindən dondurulmuş şəkildə idxal olunur.
Artıq restoranlarda da qurbağa əti menyunun adi hissəsinə çevrilib. İaşə obyektlərindən birinin meneceri Qurban Quliyev isə deyib ki, bu ət toyuq ətinə bənzər təamdır: “Bu məhsula son dönəmlərdə tələbat çoxdur. Adi toyuq əti kimi yağda qızardılır”.
Bəzi paytaxt sakinləri isə bu qidadan iyrəndiyini deyərək ölkə üçün uyğun olmadığını vurğulayırlar.
Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova isə qeyd edib ki, əgər bu məhsul düzgün şəraitdə saxlanılmasa, ziyandır.
Daha ətraflı videomaterialda: