Bakıda vətəndaşın "Rahat” supermarketlər şəbəkəsinə aid olan mağazaların birindən aldığı sendviç kifli çıxıb.
Bu barədə Bakuplus.az-a alıcı məlumat verib.
Şikayətçinin sözlərinə görə, “Ləzzət Dünyası” şirkətinə məxsus olan məhsulun qablaşdırılması üzərində göstərilən son istifadə müddəti bitməyib. Ancaq sendviçin müəyyən hissəsini kif örtüb.
Qeyd edək ki, müştəri daha sonra məsələ ilə bağlı marketə müraciət edib və məhsul yenisi ilə dəyişdirilib.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, məsələ agentlik tərəfindən qeydə alınması və nəzarətə götürülməsi üçün şikayətçi "1003" qaynar xəttinə müraciət edə bilər.