top
Bakıda Mafiya oyununa görə dava: Bir nəfərin qolu sındı
06 may 2025, 16:14
- +

Bakıda "Mafiya" oyununa görə dava: Bir nəfərin qolu sındı

Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən "Apartment 9" kafesində dava baş verib.

Qaynarinfo.az xəbər verir ki, hadisəyə görə 1999-cu il təvəllüdlü F.Məlik adlı şəxs barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, dava Elnur adlı şəxs tərəfindən "Apartment 9" restoranında təşkil olunan "Mafiya" oyunu zamanı törədilib. Elnur tərəfindən oyuna dəvət olunanlar arasında "Arda" ləqəbi ilə tanınan Ərdəbil adlı zərərçəkmiş şəxs də olub. Məlik komissar kimi "mafiya" tərəfindən oyundan çıxarılıb və bu zaman qaydalara uyğun olaraq komanda yoldaşlarına bildirib ki, onu Ərdəbil çıxarıb.

Bu səbəbdən aralarında mübahisə yaranıb. Oyun bitdikdən sonra kafenin digər otağında Ərdəbil və Məlik arasında dava davam edib. Ərdəbil oyun zamanı Məlikin onu gözlə işarə edərək ifşa etməsinə irad bildirib və onun boğazından tutaraq "ala, bilirsən, səni neynəyərəm" deyib. Daha sonra Məlik onun arxasına keçərək fənd işlədib, zərərçəkmişi yerə vurub və yumruqla döyməyə başlayıb. Dava zamanı Ərdəbil baş nahiyəsindən xəsarət alıb və qolu sınıb.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, qoluna gips qoyulub və başı sarınıb. Elə həmin gün polisə şikayət edib.

Hadisədən dörd gün sonra Məlikin dostları Ərdəbili "Four Seasons" hotelinə çağırıblar. Hoteldə Məlik baş verən hadisəyə görə üzr istəyib və şikayətin geri götürülməsini istəyib. Lakin Ərdəbil məhkəmədə ona dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Məlik barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza müddətində elektron qolbaq taxacaq və kütləvi tədbirlərdə iştirak edə bilməyəcək.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər