26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbçilərin iştirakı ilə yürüş keçirilir.
Bakuplus.az xəbər verir ki, yürüş şəhərin 5 fərqli istiqamətində təşkil olunub.
Hərbi orkestrin müşayiəti ilə saat 10:00-dan başlayan yürüş 12:00-a kimi davam edəcək.
Yürüşlər aşağıda qeyd olunan istiqamətlər üzrə aparılacaq:
1-ci yürüş: Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi;
2-ci yürüş: Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;
3-cü yürüş: Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;
4-cü yürüş: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;
5-ci yürüş: Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;