Bakı sakini yaşadığı evin həyətində ölü tapılıb.
Lent.az xəbər verir ki, hadisə bu gün səhər Suraxanı rayonunda baş verib.
40 yaşlı Useynov Fərhadın meyiti yaşadığı evin həyətində tapılıb. Mərhumun hansı səbəblə öldüyü bilinmir.
Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.