“Şamaxinka” adlanan ərazidə, şəhərə giriş istiqamətdə pik saatlarda 30-a yaxın, əksəriyyəti də azyaşlı uşaqlar olan dilənçilər yolun hərəkət hissəsində maşınların arasında hərəkət edərək təhlükə yaradırlar”.
Bakuplus.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Şikayətçinin sözlərinə görə, ahıl kişi isə əlil arabasında hərəkət zolaqlarının arasında dayanır.
“102 xidmətinə 2 dəfə müraciət etsəm də, müraciətim nə qeydə alınıb, nə də tədbirlər görüblər”, - şikayətçi deyib.
Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məsələ ilə bağlı tədbir görüləcəyini bildirib.