Bakının Badamdar qəsəbəsində yolun çökdüyü iddia edilir.
Bakuplus.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərin Yasamal Rayon Məhkəməsinin yaxınlığında çəkildiyi bildirilir. Sakinlər daha bir faciənin yaşanmaması üçün müvafiq qurumların əməli addımlar atmasını tələb edir.
Xatırladaq ki, bir neçə gün əvvəl Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verməsi nəticəsində kanalizasiya xəttinə düşüb və həyatını itirib.