top
Bakıda dağ satışa çıxarılıb — İdmançılar həyəcan təbili çalır
29 may 2025, 16:48
- +

Bakıda dağ satışa çıxarılıb — İdmançılar həyəcan təbili çalır

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Kühüldağ zirvəsinin ərazisi aktiv şəkildə satılır.

Bu barədə insanoid.com saytına alpinist və qayaya dırmaşma üzrə məşqçilərdən ibarət bir qrup idmançı məlumat verib. Onların sözlərinə görə, bir neçə gün əvvəl bu dağ ərazisi qayaya dırmaşma festivalına ev sahibliyi edib.

“Bu tədbiri dağın qanunsuz tikintidən, qaya məhvindən və ətraf mühitin çirklənməsindən qorunması üçün keçirdik. Məqsədimiz bu ərazinin idmançılar üçün qorunmasına dəstək vermək və ictimaiyyətin diqqətini problemin həllinə yönəltmək idi. İdmançılar qayaların üzərindəki yazıları, hisləri və zibilləri təmizləmək üçün iməciliklər keçirirdi,” – deyə idmançılar bildiriblər.

Qeyd edilib ki, qayaya dırmaşma alpinizmin mühüm tərkib hissəsidir və təbii qayalıqlarda məşqlər bu sahədə peşəkarlığın artması baxımından vacibdir. Alpinistlər Federasiyasının dəstəyi ilə köhnə sığorta nöqtələri yenilənib, yeni marşrutlar salınıb. Xatırladaq ki, qayaya dırmaşma artıq bir neçə ildir ki, olimpiya idman növü statusuna malikdir.

Lakin bütün bu səylərə baxmayaraq, yaxınlarda dağın zirvəsində qaya dağıdan buldozerlər müşahidə olunub. Alpinistlər Federasiyasının prezidenti Muxtar Babayev bu tikinti işlərinin dayandırılması üçün Sabunçu Rayon İcra Hakimiyyətinə rəsmi müraciət göndərsə də, Kühüldağda işlər davam edir.

Daha da narahatedici məqam: onlayn əmlak saytlarında dağın zirvəsində yerləşən 7 sot torpaq sahəsi 350 min manata satışa çıxarılıb.

Alpinistlərin sözlərinə görə, Kühüldağ — Bakıda təbii qaya relyefi üzərində məşq və yarışların keçirilə bildiyi yeganə məkandır.

Məsələnin hüquqi tərəfini araşdırmaq məqsədilə media nümayəndələri əmlakı satışa çıxaran maklerlə əlaqə saxlayıblar. O, torpağın “kupçası” olduğunu bildirsə də, onu təqdim etməyib.

Bununla yanaşı, Sabunçu Rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və digər aidiyyəti qurumlara rəsmi sorğular göndərilib — dağın idman məqsədilə istifadə olunan və şəhər üçün əhəmiyyətli olan bu təbii ərazisinin satışının hüquqi əsası olub-olmadığı aydınlaşdırılmağa çalışılır.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər