Türkiyəli aktrisa Zəhra Yılmaz Bakıda böyüdüyünü açıqlayıb.
Bakuplus.az xəbər verir ki, o, bu barədə NTV kanalında yayımlanan “Bambaşka söhbetler” verilişində danışıb.
Aktrisa uşaqkən atasının işləri səbəbi ilə Azərbaycana köçdüklərini və 13 il Bakıda yaşadıqlarını açıqlayıb:
“13 il Azərbaycanda yaşadım, özümü tanıdım, nə istədiyimə qərar verdim. Ana dilim Azərbaycan dili olub. Rusca oxudum, türk dilini başa düşürdüm. Amma insanın öz dilində danışa bilməməsi pis bir haldır. Başa düşürdüm, lakin aksentlə danışırdım. Bakını çox sevirəm, orada böyüdüm, uşaqlığım orada keçdi. Azərbaycan xalqını çox sevirəm. Həmişə deyirəm, Türkiyəyə qanımla, Azərbaycana canımla bağlıyam”.
Qeyd edək ki, Zehra “Hudutsuz Sevda” serialında "Qamze"ni canlandırıb.