Bakının Yasamal rayonunda tikinti aparılan ərazidə bədbəxt hadisə baş verib.
Bakuplus.az-ın məlumatına görə, inşaat şirkətinin ucaltdığı beton divar ekskavatorun üzərinə aşıb.
Xoşbəxtlikdən hadisə nəticəsində ölən olmayıb.
Sakinlərin sözlərinə görə, ərazi sürüşmə zonasıdır və binalar keyfiyyətsiz şəkildə tikilir.