Bakıda avtomobil qadını vuraraq öldürüb.
Report.аz xəbər verir ki, Abbasov Ramin Misir oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olarkən piyada 1985-ci il təvəllüdlü Şirəliyeva Arzu Abasqulu qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.