"2025-ci ilin ilk günü mənim maşınımı vuran 90-OJ-071 dövlət nömrə nişanlı "Hyundai Azera" markalı avtomobilin sürücüsü olub. Maşında bir oğlan, bir qız olublar".
Bunu hadisə nəticəsində zərər çəkən avtomobillərdən birinin sürücüsü oxu.аz-a verdiyi açıqlamada deyib.
O qeyd edib ki, avtomobili sürən oğlanın 17 yaşı olub.
"Mən iki nəfəri gördüm. Deyəsən, çox adam olub, qoyub qaçıblar. Maşını gətirib 33-cü polis bölməsinə çırpıblar. Bildiyimə görə, maşındakı sərnişin tanınmış müğənni Kəmalə Günəşlinin qızıdır. Hadisə səhər saat 7-də olub. Mən öz avtomobilimi polis bölməsinin yanında saxlamışdım. Yaxşı ki, həmin vaxt maşında olmamışam, çünki iş günü olmayıb. Yüksək sürətlə gəlib maşınımı vurublar", - deyə sürücü bildirib.
***
14:40
Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində avtomobil idarəetməni itirərək ərazidə dayanan bir neçə nəqliyyat vasitəsinə çırpılıb.
Bu barədə report.az-a qəzadan zərərçəkən sürücü məlumat verib.
Həmin şəxs bildirib ki, sürücü idarəetməni itirib və avtomobili zərblə bir neçə maşınla toqquşdurub. Sonra isə avtomobili 33-cü polis bölməsinin divarına çırpıb.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, qəzanın baş verməsinə ilkin ehtimal sürücünün idarəetməni itirməsidir. Məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.