Xəbər verdiyimiz kimi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Anar Niftəliyev və 31 yaşlı Fərid Zülfüqarovu saxlanılıb.
Kult.az xəbər verir ki, saxlanılan Anar Niftəliyev RG təxəllüslü məşhur reperdir.
***
15:02
Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlarla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Anar Niftəliyev və 31 yaşlı Fərid Zülfüqarov saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a verilən məlumata görə, onlardan 6 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
Bu şəxslər narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.
Nərimanov rayonunda polis əməkdaşlarının həyata keçirdikləri digər tədbirlə ev və otellərdən silsilə oğurluqlar edən Aysel Zeynalova və Vüsal Zeynalov saxlanılıblar.
Bu şəxslər paytaxt sakini olan üç vətəndaşdan ümumilikdə 276 min manat dəyərində qızıl – zinət əşyaları, 1000 manat və 2 ədəd mobil telefon oğurlayıblar.
A.Zeynalova oğurluq əməllərindən sonra hadisə yerlərini tərk edərkən kameralardan yayınmaq üçün xüsusi geyimlərdən istifadə edib.