Bakıda 20 yaşlı qız qıcolmadan ölüb.
Lent.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, Su İdman sarayının yaxınlığında qeydə alınıb.
TƏBİB-dən bildirilib ki, iyunun 7-də 20 yaşlı qız qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.