Bakıda orta yaşlı bir kişinin itlərə daş atdığı və onları zəhərləyərək öldürdüyü bildirilir.
Bununla bağlı görüntüləri sakinlər Bakuplus.az-a göndərib.
“Yerində uzanan itə daş atır. Heyvan özünü müdafiə etmək üçün hürsə, hücum etsə necə olacaq? Dilsiz canlıların haqqına bu qədər girmək olmaz”, - deyə sakinlərdən biri deyib.
Bildirilir ki, hadisə Bakı-Quba yolunda baş verib.
Görüntüləri təqdim edirik: