Bakı metrosunun “Həzi Aslanov-Dərnəgül” xəttində hərəkət edən qatarlarda sərnişin sıxlığı var və bu zaman təhlükəsizlik məsələləri nəzərə alınmaqla hərəkət təşkil olunur.
Bakuplus.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, qatarların intervalları ilə bağlı heç bir problem yoxdur: “Amma qatar stansiyadan gec çıxarsa, avtomatik olaraq ondan qabaqkı qatarın hərəkətində də ləngimə ola bilir. Odur ki, Bakı metropoliteninin xətlərində qatarlarda və stansiyalarda nasazlıq mövcud deyil. Bir sıra stansiyalarda sıxlıq səbəbi ilə tənzimləmələr sərnişinlərin və hərəkətin təhlükəsizliyi təmin edilməklə və intervallar qorunmaqla aparılır”.