Nərimanov rayonunda qəzalı binada insanlar yaşayırlar. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az xəbər verir.
Rayonun Əliəşrəf Əlizadə küçəsində yerləşən 3 mərtəbəli köhnə tikili bərbad və baxımsız vəziyyətdədir. Belə ki, binanın pəncərələri tökülür, eyvanlar dağılır və təhlükə saçır. Hər tərəfdən elektrik xətləri və su boruları keçir.
Təhlükə, həmçinin buradan keçən insanlar üçün də var. Eyvanlardan qopan daşlar birbaşa piyada səkisinə düşür.
Sözügedən binada hələ də yaşayış var və insanlar hər gün təhlükə ilə üz-üzədirlər.