Bakının Nərimanov rayonunda yerləşən Keşlə bazarında satış zəifləyib. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az ARB Media-ya istinadən xəbər verir.
Bazarda işləyən satıcıların sözlərinə görə, müştərilər alış-veriş etməyə gəlmirlər. Onlar orada bütün gün otursalar da, satış pis gedir. Bu səbəbdən bütün meyvələr və digər məhsullar xarab olur.
“Səhər 7-yə qalmışdan buradayıq. Heç kim məhsul almır. Yayda, ümumiyyətlə, alver olmayıb”, – deyə satıcılar bildirirlər.
Alıcılar isə qiymətlərin baha olduğunu və sərf etmədiyini vurğulayırlar.
Buna baxmayaraq, satıcılar qiymətlərin digər bazarlarla müqayisədə eyni olduğunu qeyd edirlər.