Bakının Nərimanov rayonunda təmizlik işçisi olan yaşlı qadın yolu kəçərkən həyatını riskə atıb. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.
Yolun piyada keçidi olan hissəsindən istifadə etməyən qadın digər hərəkət iştirakçılarına təhlükəli anlar yaşadıb.
Bir neçə gün əvvəl Dövlət Yol Polisi əhaliyə müraciət edərək, piyadavurma hadisələrinə diqqət çəkmişdi. Bildirilib ki, son vaxtlar bəzi piyadalar tərəfindən son dərəcə məsuliyyətsiz yanaşma müşahidə olunur.
“Yollarda ehtiyatlı olmağı, real təhlükəni bilərək həyatı lüzumsuz bəhanələrə qurban verməməyi bir daha bütün hərəkət iştirakçılarından xahiş edirik”, – müraciətdə deyilib.