Bakının Nərimanov rayonunda, Abbasqulu ağa Bakıxanov və Ülvi Bünyadzadə küçələrinin kəsişməsində səki avtomobillər tərəfindən zəbt olunub. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Bakı Gündəliyi Facebook səhifəsinə istinadən məlumat verir.
Piyada səkisinin ortasında, düz piyada keçidinin yaxınlığında “avtomobil salonu” açılıb. Qeydiyyat nişanı olmayan minik avtomobilləri sıraya düzülərək satışa çıxarılıb. Nəticədə piyadalar üçün keçilməz bir maneə yaranıb.
Sakinlər aidiyyəti qurumlardan müvafiq tədbirlərin görülməsini xahiş edirlər.