Bakının Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən “Nezih” restoranının sahibi avtomobillərin saxlanması üçün nəzərdə tutulan ərazini zəncirlə hasarlayıb. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az “Bakı Gündəliyi” Facebook səhifəsinə istinadən məlumat verir.
Ərazidə küçə parklanma yerləri yeni yaradılıb və müvafiq yol nişanları, məlumat lövhələri quraşdırılıb.
Lakin restoranın qarşısındakı səkinin hələ də zəncirlənmiş halda qaldığı və yalnız müştərilərin avtomobilləri üçün istifadə edildiyi bildirilib.
Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən verilən məlumata əsasən, səkidəki maneələr və zəncir sökülüb, sözügedən ərazi qurumun əməkdaşları tərəfindən operativ olaraq təmizlənib.