Nərimanov rayonunda növbəti “Abad Həyət” sakinlərin istifadəsinə verilib. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Söhbət rayonun F.Yusifov 40, 42, 44, Uluqbəy, 106/44A və Ə.Əliyev, 67-69 küçələrinin kəsişməsində yerləşən məhəllələrdən gedir. Yenidənqurma işləri çərçivəsində binaların dam örtüyündə və fasadında əsaslı təmir-bərpa işləri aparılıb, yağış suları axıdan borular dəyişdirilib, eləcə də binaların qapı və pəncərələri yeniləri ilə əvəz olunub.
Məhəllələrdə müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları, həmçinin söhbətgahlar və oturacaqlar quraşdırılıb, yaşıllıq zolaqları salınıb.
[caption id="attachment_120277" align="alignnone" width="640"] Foto Bakı Şəhər İcra Hakimiyyəti[/caption]