Bakının Nərimanov rayonunun Əliəşrəf Əlizadə və Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişməsində yerləşən bu ərazidə hər iki istiqamətdə hərəkət edən, yəni yuxarıdan üzü aşağıya doğru, eyni zamanda soldan sağa doğru hərəkət edən nəqliyyat vasitələri bir-birinə yol vermir. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.
Küçədə nə işıqfor, nə də hər hansı nizamlayıcı yoxdur. Bu isə təhlükəli bir vəziyyət yaradır. İstər piyadaların yolu keçdiyi zaman, istərsə də nəqliyyat vasitələrindən birinin digərinə yol verdiyi zaman problemlər ortaya çıxır. Xüsusilə də axşam saatlarında, yəni iş saatları bitdikdən sonra, hərəkətin intensiv olduğu vaxtlarda ortaya problem çıxır.
Ərazidə təhlükəli vəziyyət hökm sürür. Bu isə yol-nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxara bilər. Vətəndaşlar bildirirlər ki, dəfələrlə burada yol-nəqliyyat hadisələri baş verib.