Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsinin bir qrup sakini binalarının önündə zibildən yaranan vəziyyətdən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, bir həftəyə yaxındır tullantılar daşınmır və nəticədə ortaya bu mənzərə çıxıb.
Söhbət Səbayıl rayonu Badamdar qəsəbəsi İqor Ağayev 3 ünvanından gedir. Ətrafda yaşayanlar deyirlər ki, ərazidə tullantıların həcmi günü gündən daha da artır.
Bildirilir ki, hər ay zibilpulu ödəsələr də, xidmətdən yararlana bilmirlər.
Şikayətçilər problemlə bağlı aidiyyəti üzrə müraciət etsələr də, vəziyyət dəyişməz olaraq qalıb.
Məsələ ilə bağlı Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən bildirildi ki, həmin ünvanda yerləşən bina Müdafiə Nazirliyinin balansındadır. Tullantıların daşınmamasına səbəb isə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti ilə müqavilənin bitməsidir. Müqavilə yeniləndiyi təqdirdə, zibillərin daşınması həyata keçiriləcək.
Daha ətraflı Xəzər TV-nin süjetində: