Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudada zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Bakuplus.az-a bildirilib ki, yerli vaxtla 10:18-də qeydə alınmış yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib.
Təkanlar episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
Xatırladaq ki, dünən yerli vaxtla 16:02-də Şamaxı və Xızıda 3,7maqnitudalı, bu gün 06:40-da Şamaxıda 3,2 maqnitudada zəlzələ qeydə alınıb.