Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) marşrut şəbəkəsini genişləndirərək iyun ayından etibarən Bakıdan Şımkentə müntəzəm uçuşlara başlayacaq.
Bakuplus.az AZAL-a istinadən xəbər verir ki, Qazaxıstanın cənubunda yerləşən bu şəhərə ilk aviareys iyunun 28-də həyata keçiriləcək.
Bakı-Şımkent-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə – Bakıdan Şımkentə bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.