Aparıcı Aytən Səfərova Dövlət İmtahan Mərkəzini (DİM) tənqid edib.
Bakuplus.az xəbər verir ki, o, aparıcı olduğu verilişində hər il imtahan suallarında problem yarandığını bildirib:
“DİM götürüb hansısa şagirdin “ilan-qurbağa” xəttini göstərir ku, buna baxın, hələ apellyasiya şikayəti verir. Bu şikayəti vermək hər kəsin haqqıdır. Hər il DİM-in hansısa sualında problem çıxması böyük siqnaldır. Heç bir qurumla işim yoxdur, jurnalist olaraq faktı deyirəm. Hər il imtahandan sonra əmmalar çıxır. Amma DİM yapışıb uşağın xəttindən”.