Zümrüd Hümbətova bacısı mərhum Əməkdar artist Aygün Bəylərin gerçəkləşməyən arzusunu açıqlayıb.
Bakuplus.az xəbər verir ki, "El Canlı" verilişində olan Zümrüd bacısının sənətdən getmək istədiyini deyib:
"Aygün Bəylərin muiqisi mənə miras qalıb. Çox arzuları var idi. Ən əsası isə konsertini bitirib, sənətinə vida edəcəkdi. Bəstəkarlıqla məşğul olacaqdı və qızını oxutduracaqdı".
Qeyd edək ki, Əməkdar artist A.Bəylər ötən il uzun sürən xərçəng xəstəliyindən vəfat edib.