Avtomobildən 9 min 900 manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda avtomobildən 9900 manat oğurlanıb. Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı X.Mustafayev saxlanılıb.
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşkarının keçirdikləri tədbirlərlə isə işlədiyi mağazadan 980 manat oğurlamaqda şübhəli bilinən bir qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.