Türkiyənin “NOW” kanalında yayımlanan "Yetenek sizsiniz Türkiye” yarışmasında Günay Nuriyeva adlı azərbaycanlı gimnast iştirak edib.
Bakuplus.az xəbər verir ki, o, istedadını nümayiş etdirdikdən sonra həyat hekayəsini danışıb. Onun həyatı ilə bağlı dedikləri studiyadakıları təsirləndirib.
O, 9 yaşına qədər yeriyə və danışa bilmədiyini, bu səbəbdən atasının onu tərk etdiyini deyib. Ancaq daha sonra öz səyi nəticəsində gimnast olduğunu qeyd edib.
Münsiflər isə azərbaycanlı qızın öz üzərində belə çalışması və inkişafını təqdir ediblər. Günay 4 münsifdən də "hə" cavabı alıb və növbəti mərhələyə keçib.