Aparıcı Elcan Rəsulovun yol-hərəkəti qaydalarını pozması nəticəsində yaranmış borcu üzə çıxıb.
Bakuplus.az xəbər verir ki, bununla bağlı aparıcı özü şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
O, 3 gün ərzində 8 bal və 300 manat cəriməsi olduğunu açıqlayıb.
“Gecə verilişi aparmağın fəsadları budur ki, gündüz maşın sürə bilmirsən”, - deyə aparıcı paylaşımında bildirib.