Müğənni Xuraman Şuşalı sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Bakuplus.az xəbər verir ki, sənətçi son günlər baş verən qadın ölümləri ilə bağlı paylaşım edib:
“Ey analar, oğlunuza düzgün tərbiyə verin. Qadın qul deyil, xanımdır. Gəlinə kölə kimi baxmayın. Azərbaycanda qadın cinayətlərinin ardı-arası kəsilmir. Səs çıxmadıqca, bu, belə də davam edəcək. İşində, gücündə bir müəllimi qayınatası uşağı olmur deyə qətlə yetirib. Haqqında isə heç bir tədbir görülmür".
Qeyd edək ki, Xuraman bu sözləri qayınatası Orucağa Ağayev tərəfindən qətlə yetirilən 2001-ci il təvəllüdlü Günel Ağabəylinin şəklini paylaşaraq yazıb.