top
Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək
05 iyun 2025, 18:13
- +

Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək

Bakının Yasamal rayonu, Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında yerləşən qalmaqallı mülkün sahibi ilə “Melissa Group” tikinti şirkəti arasında razılıq əldə olunub.

Bunu teleqraf.az-a açıqlamasında evin sahibi Həbib Hacıyevin vəkili Ülvi İsmayıllı deyib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqlar olub, problemin sakit formada, sülhlə həllinə dair qarşılıqlı razılıq əldə edilib: “Artıq mübahisə bitib”.

Vəkil bildirib ki, ev sahibi evin real ölçülərinə uyğun təzminat istəyib, şirkət isə sənədlərdəki ölçüyə uyğun məbləğ təklif etdiyi üçün məsələ bu yerə gəlib çatıb.

“Ərazidəki 20 evdən 17-si sökülüb. Qalan üç evdən biri də budur. Qonşulara kvadratmetr üçün 1800 manat ödənilib. Biz də bu qiymətlə razıyıq. Sadəcə Həbib müəllimin evi sənəddə 480-500 kvadratmetr yazılıb, amma real ölçü 700 kvadratmetrdir. MTK kommersiya marağı güdüb tam məbləği vermirdi. İndi isə evin yekun qiyməti, yəni neçə kvadratmetrin əsas götürülməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmaq üzrədir. Həbib müəllimə kompensasiya ödəniləcək və bununla da məsələ bitəcək”, - Ü.İsmayıllı vurğulayıb.

O qeyd edib ki, qanunvericiliyə əsasən, əgər hər hansı bir kommersiya şirkəti vətəndaşın mülkiyyətini alırsa, real ölçünün dəyəri ödənilməlidir: “Dövlət ehtiyacları üçün mülklər alınanda isə onun dəyərini müvafiq icra hakimiyyəti məyyənləşdirir. İndiki halda tərəflər yekun qiymətdə razılığa gələcək. Həbib müəllim çox dərinə getməyəcək. O da başa düşür ki, bu vacib məsələdir və razılığa gəlmək lazımdır. Həbib müəllimin istədiyi kompensasiya ödəniləcək”.

Vəkil söyləyib ki, məhkəmə “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovun ev dustaqlığına buraxılması məsələsinə baxanda buna etiraz etməyiblər: “Biz buna müsbət yanaşdıq, mübahisə açmadıq. Bu, o deməkdir ki, biz heç kimin həbsdə qalmasını istəmirik və məsələnin danışıqlarla həll olunmasının tərəfdarıyıq”.

Ü.İsmayıllı vurğulayıb ki, “Melissa Group”a daxil olan “FEBA MTK” Alatavadakı mülkün sahibi Həbib Hacıyevə qarşı qaldırdığı məhkəmə iddiasını da geri götürüb: “Məsələ bu hissədə də yekunlaşmaq üzrədir. Bizim isə məhkəmədə iddiamız yoxdur. “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və şirkətin sürücüsü barədə cinayət işinə gəlincə, buna məhkəmə qiymət verəcək”.

Beləliklə, Alatavadakı mülk mübahisəsi bitir. “Melissa Group” evin 700 kvadratmetr olduğunu qəbul etsə və hər kvadratmetr üçün 1800 manatdan ödəniş olsa, onda Həbib Hacıyev 1.260.000 manat kompensasiya alacaq.

Əgər tərəflər 500 kvadratmetrlə razılaşsa, onda bu məbləğ 900.000 manat təşkil edəcək.

Xatırladaq ki, hadisə martın 27-də baş verib. “Melissa Group” tikinti şirkətinin sürücüsü Eynullayev Qala Seymur oğlu idarə etdiyi ekskavatorla Həbib Hacıyevə məxsus evin şüşələrini sındırıb və mülkü sökmək istəyib. Bu zaman evdə adamlar olub. Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkət haqqında cinayət işi açılıb və Q.Eynullayev saxlanılıb.

Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov tutulub. Xətai Rayon Məhkəməsi onların hər ikisi barədə həbs qətimkan tədbiri seçib.

Bakının Yasamal rayonunun Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Mayın 14-də Qalib Məmmədov ev dustaqlığına buraxılsa da, traktor sürücüsü hələ həbsdədir.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər