Bakıda faciə baş verib.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınıb.
Orada müalicə alan, Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Qənbər Hafis oğlu Abdullayev İnstitutun 3-cü mərtəbəsindəki pəncərəsindən yıxılıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.