Bakı sakinləri Xətai rayonunda “Əhmədli” metro stansiyasının çıxışında fəaliyyət göstərən telefon mağazasından şikayətçidir.
Bakuplus.az-a müraciət edən sakinlərin sözlərinə görə, mağazanın qarşısına qoyulan avtomat rejimdə işləyən səsucaldan insanları narahat edir.
“Səsucaldan dayanmadan eyni sözü deyir. Bu nə dərəcədə düzgündür? Adamın əsəbilərinə toxunur. Özü də fasilə belə yoxdur. Mağaza sahibi özü içəridə dayanır. Ancaq yüksək səs rejimində çalışan səsucaldanı çölə qoyur. Səs də burada dayanan insanların əsəbini pozur”, - deyə şikayətçi bildirib.