top
Abşeronda 40 yaşlı kişi 13 yaşlı qıza görə HƏBS OLUNDU
15 aprel 2025, 18:00
- +

Abşeronda 40 yaşlı kişi 13 yaşlı qıza görə HƏBS OLUNDU

Abşeronda kişi 13 yaşlı qıza qarşı seksual hərəkətlər edib.

Bakuplus.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Abşeron Rayon Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən 40 yaşlı Əli Səmədov (ad şərtidir) 13 yaşına çatmayan zərərçəkmiş Günel Mürsəlovanı (ad şərtidir) maşına mindirərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən neft kəmərinin yanındakı əraziyə aparıb. Avtomobilin salonunda Güneli öpüb, cinsi ehtirasını təmin etmək məqsədi ilə bədəninin müxtəlif nahiyələrinə toxunub. Nəticədə yetkinlik yaşına çatmayan qıza qarşı seksual hərəkətlər edib.

Əli Səmədov Azərbaycan Respublikası CM-nin 152.2-ci (seksual xarakterli hərəkətlər) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Əli Səmədov özünü təqsirli bilməyib:

“Mən ona qarşı heç bir seksual hərəkət etməmişəm. Hər görüşdə Günelə evli və 2 övladımın olduğunu bildirmişəm. Böhtan atırlar.

İlk də Günel mənə yaxınlaşıb danışmaq istədi. Danışıq zamanı məndən xoşu gəldiyini və tanış olmaq istədiyini bildirdi. Yaşını soruşduqdan sonra evli və uşaqlarımın olduğunu dedim. Onun özünə xəsarət yetirməsindən qorxub görüşməyə razılıq verdim. Amma hər görüşdə ona evli olduğumu xatırladırdım.

4-cü görüşümüzdə Günel maşına əyləşib mənimlə söhbət etməyə başladı. Ətrafda kiminsə görəcəyindən narahat olduğum üçün özüm də avtomobilin arxasına keçdim. Bu zaman polis əməkdaşları bizə yaxınlaşdı”.

Daha sonra məhkəmədə zərərçəkmiş Günel Mürsəlova ifadə verib:

“Əlini bir neçə dəfə uşaqları hazırlığa gətirən zaman məhəlləmizdə görmüşəm. İlk dəfə pəncərədən baxanda onun da diqqətinin məndə olduğunu hiss etdim, maraq yarandı. Aşağı düşərək Əliyə yaxınlaşdım, mənimlə gəlməsini istədim. Görüş əsnasında adının “İlkin” olduğunu dedi.

Bundan başqa 3-4 dəfə görüşüb, söhbət etmişik. Bütün görüşlərdə Əli özünün evli və uşaqlarının olduğunu bildirməyinə baxmayaraq xoşum gəldiyi üçün ümidlənmişəm.

Polislər bizi tutduğu gün Əli mənə sonuncu dəfə görüşdüyümüzü dedi. Onun barmağı belə mənə dəyməyib. Hadisədən sonra onun mənə adını səhv deməsindən əsəbiləşib, seksual hərəkətlər etdiyini dedim. Bütün görüşlər 5 dəqiqə çəkib. Əlidən mobil nömrəsini istəyəndə telefon işlətmədiyini bildirmişdi. Onun tərəfindən mənə qarşı hər hansı seksual xarakterli hərəkət olmayıb”.

Məhkəmənin davamında hadisəyə şahid olan polis serjantı gördüklərini danışıb:

“Gənclər Şəhərciyi”nin neft kəmərləri olan yerdə avtomobilin dayandığını görüb yanına yaxınlaşdıq. Avtomobildən düşüb maşının pəncərəsindən içəri baxan zaman Əlinin qıza qarşı seksual hərəkətlər etdiyini gördüm. O, avtomobildən düşüb, gülərək bizə baxdı. Əliyə şalvarının qabağını bağlamasını bildirdim. Avtomobilin arxa hissəsi aydın formada görünürdü”.

Tərəflərin çıxışından sonra şikayət olmadığı üçün Əli Səmədov 3 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər