Abşeronda biraylıq körpə çimizdirilərkən boğularaq ölüb.
Bu barədə Bakuplus.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 25-də, saat 17:30-da Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən yenidoğulmuş körpənin boğulması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 24.03.2025-ci il tarixli yenidoğulmuşun (cinsi qız) həkiməqədər ölüm faktı qeydə alınıb.
Ailənin bildirdiyinə görə, yenidoğulmuş çimizdirilərkən boğulub", - məlumatda qeyd olunub.
***
09:41
Abşeronda 1 aylıq körpə evdə ölüb.
Report.az xəbər verir ki, Saray qəsəbə sakini 24.03.2025-ci il təvəllüdlü İnci Quliyeva yaşadığı evdə vəfat edib.
Körpənin ölüm səbəbləri araşdırılır.