Bakı şəhər Xətai rayonu ərazisində baş vermiş ağır yol qəzasının görüntüləri yayılıb.
Bakuplus.az xəbər verir ki, qəzaya 8 Noyabr prospekti ilə X.Rüstəmov küçələrinin kəsişməsində manevr qaydalarına əməl etməyən “Mitsubishi Pajero” markalı avtomobilin səbəb olduğu müəyyənləşib.
Məlum olub ki, “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasına əməl etməyib.
Belə ki, avtomobil yolayrıcında sola dönən zaman qarşıdan düzünə hərəkətdə olan “VAZ” markalı avtomobillə toqquşub.
Güclü zərbənin təsirindən “VAZ” markalı avtomobil aşıb və yol kənarında yerləşən işıqforu qıraraq yerindən çıxarıb. Hadisə nəticəsində həm avtomobillərə, həm də yol infrastrukturuna ciddi ziyan dəyib.