top
6 saylı doğum evində üçəm doğuldu, ikisi baxımsızlıqdan tələf oldu - İDDİA
18 iyul 2025, 11:11
- +

6 saylı doğum evində üçəm doğuldu, ikisi baxımsızlıqdan tələf oldu - İDDİA

Bakıda yerləşən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) adı daha bir qalmaqalla gündəmə gəlib. Əmirova Nərgiz adlı ana iddia edir ki, iyunun 24-də dünyaya gətirdiyi üç körpədən ikisi baxımsızlıqdan həyatını itirib.

Tribunainfo.az xəbər verir ki, ana qeysəriyyə əməliyyatı ilə doğuş həyata keçirmək üçün 2500 manat ödəniş edib. Əməliyyat Tənzilə Əliyeva adlı həkim tərəfindən icra olunub və üç oğlan körpə dünyaya gəlib.

Əmirovlar ailəsinin iddiasına görə, doğuşdan sonra uşaqların küvəzdə saxlanması üçün əlavə 5000 manat tələb olunub. Bu tələblə G.Məmmədzadə adlı həkim çıxış edib və ailəyə bildirilib ki, pul ödənilməsə, körpələr küvəzdən çıxarılacaq.

Ailə vəziyyətin kritikliyini nəzərə alaraq məbləği ödəyib. Lakin valideynlər bildirirlər ki, buna baxmayaraq uşaq həkimi Şəbnəm Qəhrəmanova tərəfindən iynə, dərman və digər ləvazimatlar adı ilə davamlı olaraq əlavə ödənişlər tələb olunub.

Ana Nərgiz Əmirovanın sözlərinə görə, iyulun 1-də körpələrdən biri, iyulun 7-də isə digəri dünyasını dəyişib. Valideynlər iddia edirlər ki, maddi imkanlarının tükənməsi səbəbindən əlavə pul verə bilmədikləri üçün körpələrə lazımi tibbi yardım göstərilməyib.

“Pul vermədiyimiz üçün uşaqlarımıza baxılmadı. Sonda iki körpəmi itirdim. Baş həkim Xuraman Bağırova isə bu barədə şikayət etməməyimiz üçün bizə pul təklif etdi,” – deyə ana bildirir.

Ailə yalnız üçüncü körpənin həyatını xilas edə bilib. Körpə hazırda K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicə alır.

Əmirova Nərgiz və ailə üzvləri ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edərək məsələ ilə bağlı obyektiv araşdırma aparılmasını və məsul şəxslərin cəzalandırılmasını xahiş ediblər.

Məsələ ilə bağlı 6 saylı Doğum Evinin rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmayıb. Əməliyyatı həyata keçirən Tənzilə Əliyeva isə qısa olaraq pul almadığını deyib və dəstəyi asıb.

Qeyd edək ki, doğum evinin baş həkimi Xuraman Bağırova, institutun direktoru isə Cəmilə Qurbanovadır.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub və araşdırma başladılıb.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər