Müğənni Aysel Əlizadə maraqlı açıqlamalar verib.
Milli.az xəbər verir ki, 106.3 FM-də Kazım Sübhanın qonağı olan ifaçı diqqətçəkən etiraflar edib.
"Ad günümdən sonra kim məni görürsə, həmin gecəni tərifləyir ki, əyləndik, çox səmimi mühit var idi. Gələ bilməyən dostlarımın tam götürdükləri məclislər vardı. Heç birindən incimədim. Doğum gecəmə gələnlərin hər biri hörmət etdiyim insanlardır. Aralarında dost dediklərim də var.
"Yandırdı qəlbimi" mahnısı hələ də qardaş ölkədə "pley list"lərdə səslənir. 35 yaşım var, anam şou-bizneslə bağlı hansısa sual verəndə belə, mövzudan qaçıram, beynimi yormaq istəmirəm. Çox tez böyümüşəm. Həyata erkən yaşından atılmışam. Ailə məsuliyyətin başa düşüb, hər zaman onlara dəstək olmaq istəmişəm. 16 yaşında gözəllik salonunda işləməyə başlamışam. Heç də utanmıram. 1 manat alırdım, yer süpürürdüm. Özümlə qürur duyuram.
Ailəyə gəldikdə, vicdani xarakter, mərhəmət, heyvan sevgisi, uşaq sevgisi, anaya-böyüyə hörmət kimi xüsusiyyətlərin hamısı o şəxsdə olmalıdır. Mən kişi rolundan çıxıb, xanım və ana olmaq istəyirəm. Ailə qurub, övlad sahibi olmaq arzumdur. Mən ailəyə çox bağlıyam".