top
Yaxın Şərqdə ilk dəfə olaraq, sirk üçün xüsusi inşa edilmiş bina
24 iyun 2023, 20:00
- +

Yaxın Şərqdə ilk dəfə olaraq, sirk üçün xüsusi inşa edilmiş bina

Bakı Dövlət Sirkinin binası Bakıda, Səməd Vurğun küçəsi, 102-də yerləşir. Bina 1967-ci ildə memarlar Ənvər İsmayılov və Faina Leontyevanın layihəsi əsasında inşa edilib. Bu, Yaxın Şərqdə sirk üçün xüsusi inşa edilmiş yeganə bina hesab edilir.

1870-ci illərdən başlayaraq şəhərin müxtəlif yerlərində qastrola gələn müxtəlif sirk qrupları fəaliyyət göstərirdi. Burada mürəkkəb hava nömrələri, su sirki, attraksionlar nümayiş olunurdu. Bu tamaşaların təsiri altında Bakıda da yerli sənətçilər meydana çıxırdı.

Hələ 1898-ci ildə rus sirk sahibkarları olan Nikitin qardaşları Bakıda ilk sirk-zoopark təşkil etdilər. 1904-cü ildə onlar Şərqdə ilk olaraq, sirk binası inşa etdirirlər. Bu bina indiki Nizami küçəsi ilə Bülbül prospektinin kəsişməsində, Nəsimi bağının yerində yerləşirdi. Lakin 1906-cı ildə bu buna yanğın nəticəsində məhv olub. Həmin il Nikitin qardaşları köhnə sirkin yerində daşdan təzə bina inşa etdiriblər və bu bina 1916-cı ilə kimi xidmət edib. Həmin sirkin səhnəsində Üzeyir Hacıbəyovun “Şeyx Sənan”, “Şah Abbas” əsərləri səhnələşdirilib.

1917-ci ildə Nikitin qardaşlarının dağıdılmış binaları yerində Yefimov qardaşları yeni sirk binası inşa etdirirlər. Lakin bu bina da 1924-cü ildə yanğında məhv olur. [https://circus.az/news/cbc-telekanali-baki-dovl-t-sirkind-olub

1967-ci ildə memarlar Ənvər İsmayılov və Faina Leontyevanın layihəsi əsasında sirk üçün dairəvi bina inşa edilmişdir. Bu bina yüksəklikdə tikildiyindən o zamanlar şəhərin bir çox yerlərindən görünürdü. Bina 2400-2500 nəfər tamaşaçı üçün nəzərdə tutulmuşdur. Kompleksin sahəsində qastrola gələn artistlərin yaşaması üçün mehmanxana tikilmişdi. [Эфендизаде Р.М. Архитектура Советского Азербайджана. Москва-1986]

Bina o dövrün sirk avadanlığı ilə təchiz olunmuşdur. SSRİ-də ilk dəfə olaraq, sirkin binasında bir-birini əvəz edən üç müxtəlif manej quraşdırılırdı: təbii kauçuk örtüyü olan əsas manej, kənarında baryerləri olmayan ikinci manej və nəhəng su hovuzundan istifadə edilməsinə imkan yaradan üçüncü manej. Bu manejlərin yerdəyişməsi qısa bir zamanda tamaşaçıların gözü qarşısında baş verirdi. [Rəcəb Məmmədov. Şəhərimizin memarlıq incisi. Mədəniyyət.- 2012.- 26 dekabr.- S. 10.]

Bina ölkə əhəmiyyətli abidələr siyahısına daxil olunsa da, hal-hazırda baxımsız vəziyyətdədir.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər