top
Xocalı soyqırımının ilk canlı şahidlərindən olan ukraynalı pilot Leonid Kravetsin xatirələri
26 fevral 2022, 15:46
- +

Xocalı soyqırımının ilk canlı şahidlərindən olan ukraynalı pilot Leonid Kravetsin xatirələri

Demək olar ki, hər gün Gəncədən Qarabağa uçurduq. Biz gündə 5-7 dəfə Xocalının üzərindən uçurduq. Mən bu sahəni çox yaxşı bilirdim…

1992-ci il fevralın 26-da səhər biz Xankəndi yaxınlığından qayıdırdıq. Gözümüz qarşısında açılan mənzərə bizi dəhşətə gətirdi. Əvvəlcə düşündük ki, qarşımızda böyük sahəyə kimsə çoxlu paltar səpələyib. Biz təxmini 700-800 metr yüksəklikdə uçurduq. Mən enmək qərarına gəldim... 500 metr yüksəklikdən anladıq ki, bunlar insan meyitləridir…150-200 metrlik yüksəkliyə enərək hələ sağ olan insanları qətlə yetirən şəxsləri gördük. Bu insanlar hələ sağ idilər. Mən buna şahidlik edə bilərəm. Hərbi formada, avtomatlı, saqqallı kişilər gəzərək həmin meyitləri çevirirdilər. Bizi gördükdə atəş açmağa başladılar. Biz manevr edərək yayındıq…

Hərbi hissəyə eniş edəndə sarsıntıdan danışa bilmirdik…Dərhal hərbi hissə komandirinə məlumat verdik. Müvafiq məlumat Bakıya ötürüldü…

Axşam saatlarında Azərbaycan prezidentinin nümayəndəsi təyyarə ilə gəlib bizdən xahiş etdi ki, onu və bir qrup jurnalisti dinc əhalinin qətliam edildiyi yerə aparaq. Komandanlıq icazə verdi və biz Ağdama uçduq, orada Çingiz Mustafayevin çəkiliş qrupu və bir neçə başqa xarici müxbir götürüldü…Biz həmin yamaca uçduq.

Mən elə də uğurlu eniş etmədim. Helikopterin göyərtəsində qırmızı xaç təsvir edilsə də, biz dərhal atəşə tutulduq. Dedim ki, hamını meydançaya endirəcəm və havaya qalxacam, çünki otursam məni vuracaqlar.

Müəyyən hündürlüyə qalxdım və birdən Xocalıdan bir neçə avtomobilin bizim tərəfə tələsdiyini gördüm. Dərhal meydançaya oturdum və hamını tələsdirməyə başladım... Ağdamdan bir polis kapitanı bizimlə gəlmişdi. Onun qucağında bir körpə ilə gəldiyini gördük. O, öz oğlunu, daha doğrusu, körpəsinin cansız bədənini tapmışdı. O mənzərə bu gün də gözümün önündədir. Corab, gödəkçə, dağıdılmış baş, döş qəfəsində çoxlu güllə dəlikləri…Uşağın cəsədini ondan alıb helikopterə qoydular. Özü isə yerindən tərpənmədi. Onu gödəkçəsindən yapışaraq içəri sürüdülər və biz havaya qalxdıq…

Mən vəziyyəti olduğu kimi təsvir edirəm. Heç nəyi artırıb azaltmıram. Bir hərbçi kimi hərbçinin hərbçi ilə döyüşməsinə alışmışam. Dünyanın heç bir ordusu dinc əhali ilə döyüşmür.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər