top
XIX əsrdə Bakıda su çatışmazlığı
10 avqust 2023, 18:43
- +

XIX əsrdə Bakıda su çatışmazlığı

XIX əsrin əvvəllərində qaladan ibarət olan Bakı şəhəri ətraf kənd quyularının suyu ilə təmin olunurdu. Bu, şəhərin ərazisinin genişlənməsi və əhalinin artması şəraitində tələbatı ödəmirdi.

Yazıçı Yevgeni Voiskunski “Suyun çətin yolu” əsərində qeyd edirdi: “Qədimdən burada kəhrizlər - yeraltı keçidlərlə birləşən quyular sistemi mövcud olub. Əsrlər boyu kəhrizdən, dəvənin belə üz döndərdiyi palçıqlı şor su götürülüb”. [Евгений Войскунский. “Трудный путь воды”// Журнал "Вокруг света" (декабрь 1971г.)]

Şəhər Kür və Volqa çaylarından barjalarla gətirilən bahalı sudan da istifadə edirdi.

XIX əsrin sonlarında Bakının iri sənaye mərkəzinə çevrilməsi ilə əlaqədar su təchizatı problemi daha da kəskinləşdi. Şəhərdə vəba, difteriya, skarlatina, qarın yatalağı və tif xəstəliyinə yoluxma halları artırdı.

Bakı şəhərinə ölkənin bir neçə yerindən su kəməri çəkmək təklifləri olsa da, onlar çox xərc tələb etdikləri üçün qəbul olunmamışdı.

Su qıtlığı səbəbindən şəhər rəhbərliyi əhalini müvəqqəti olaraq, duzsuz su ilə təmin etmək qərarına gəlir. 1893-cü il avqustun 6-da Bakı Dok Tərəfdaşlığı tərəfindən inşa edilən şirinləşdirici qurğu işə başladı. Lakin sonra qurğunun keyfiyyətsiz olması məlum oldu. Bu səbəbdən sudan yalnız texniki məqsədlər üçün istifadə olunurdu. [https://azerhistory.com/?p=10727]

1899-cu ildə Hacı Zeynalabdin Tağıyev Bakı şəhərinin su çatışmazlığını həll etmək üçün Azərbaycana ingilis mühəndisi Vilyam Lindleyi dəvət etmişdi. Su təchizatı mənbələrinin ilkin tədqiqi nəticəsində Lindley yeraltı və bulaq sularının tədqiqatlarının aparılmasının zəruri olduğunu iddia edirdi. Lakin Dumanın bəzi nümayəndələri buna qarşı çıxırdılar. Onlar Kür-Samur çaylarından su kəmərləri çəkdirməyin tərəfdarı idilər.

1902-ci ildə Dumanın fövqəladə iclasında yeraltı suların tədqiqi məsələsi müsbət həll olundu. Mənbələrin yerləşdiyi Xudat-Xaçmaz bölgəsində işlərin başlanması üçün şəhər büdcəsindən vəsait ayrıldı.

Bu işlər 1917-ci ildə Şollar-Bakı su kəmərinin istismara verilməsi ilə nəticələndi. [Cabbarov F. Məmmədov M. Şollar Bakı su kəmərinin tarixindən. Bakı-2016]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər