top
Xəzər dənizindən neft və qaz çıxarmaq uğrunda mübarizənin tarixi
20 sentyabr 2022, 13:10
- +

Xəzər dənizindən neft və qaz çıxarmaq uğrunda mübarizənin tarixi

Naftalan adlı körfəzdə (indiki Bibi Heybət körfəzi) ilk dəfə olaraq bakılı Hacı Qasımbəy Mənsurbəyov adlı şəxs dəniz dibindən neft çıxarmağa başlamışdır. O, sahildən 18 və 30 metr aralıda, taxta və tirlərdən ibarət buruq quraşdırmışdır, lakin 1925-ci ildə dənizdə qalxan qasırğanın dalğaları onu məhv etmişdir.

Bakı neftxudaları milyonçu Ağa Musa Nağıyevlə birgə Naftalan körfəzində dəniz sularını qurudub, neft çıxarmaq haqqında layihə hazırlamışlar. Nəzərdə tutulmuş işlər 1917-ci ilə qədər davam etdirilmişdir. Sonra şəhərdə baş verən fəhlə qiyamları ilə əlaqədar bütün işlər dayandırılmışdır. Bolşeviklər hakimiyyətə gəldikdən sonra Naftalan körfəzində işlər yenidən bərpa olunur və layihə başa çatdırılır. Ərazidə neft buruqlarının qazılması başlanır və 1923-cü ildə ilk buruq fontan verəndə Naftalan körfəzi "İliç buxtası" adlandırılır. [Məmmədov A.B. Qədim və indiki Abşerona səyahət. Bakı-2006]

Bir neçə onilliklər sonra neftçilər açıq dənizdə kəşfiyyat işlərinə başlayırlar. 1949-cu ildə yeddi gəmi Bakıdan 110 km şimal-şərqdə yerləşən "qara daşların" yanında, dənizin dayaz yerində "oturduldu". Bir müddət ərzində gəmilər arasında taxtadan ilk körpülər salındı və burada evlər tikildi. İlk neft quyusunun qazılması üçün meydança da hazırlandı. Nəhayət, neftçi briqadir Mixail Kaveroçkinin başçılığı altında qazılan buruq 7 noyabr 1949-cu ildə fontan vurdu, dünyada açıq dənizdə ilk dəfə neft çıxarıldı. Vaxtilə gəmiçilik üçün böyük təhlükə olan, ancaq suitilərin yaşadığı yer kimi tanınan "qara daşlar" həmin gündən adını dəyişib “Neft Daşları” adlandırıldı.

Amma fırtınalı günlərin birində burada faciə baş verir. 1957-ci ildə Xəzərdə axşamdan başlayan güclü tufan açıq dənizdə - Neft Daşlarında Kaveroçkinin qazma briqadasını estakada ilə birlikdə dənizə atmışdır. Üç gün davam edən tufan şəraitində axtarışlar, digər tədbirlər nəticə vermədi. Bununla yanaşı, baş vermiş insan itkisindən sonra da dəniz neftçiləri işlərini davam etdirdilər. Neft Daşlarında yeni səmtlərdə polad estakadalar, yaşayış binaları salındı. [Azərbaycan neft və qaz tarixindən maraqlı faktlar. Bakı-2012]

Bu gün Neft Daşları dünyada açıq dənizdə yeganə "şəhər-qala”ya çevrilmişdir.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər