top
Uzun illər şəhərin ən böyük ticarət mərkəzi hesab edilən Tağıyev pasajı
22 aprel 2022, 13:50
- +

Uzun illər şəhərin ən böyük ticarət mərkəzi hesab edilən Tağıyev pasajı

Bir vaxtlar “Tağıyev pasajı” adlanan bina Bakıda, Zərifə Əliyeva (keçmiş Merkuryevskaya) və Rəsulzadə (keçmiş Olginskaya) küçələrinin kəsişməsində yerləşir. Bu pasaj 1896-1898-ci illərdə polşalı memar Kazimir Skureviçin layihəsi əsasında inşa edilmişdir.

Pasaj neft milyonçusu Nikita Şagidanovun sifarişi ilə tikilib və bir müddət onun adını daşıyırdı. Lakin 1903-cü ildə Şagidanov binanı milyonçu Hacı Zeynalabdin Tağıyevə satır və o vaxtdan tikili Tağıyevin şərəfinə adlandırılır. [Пассаж Тагиева в Баку — OurBaku]

Tağıyev pasajı uzun illər şəhərin ən böyük ticarət mərkəzi hesab edilib. Burada “A.Bender və oğulları” ticarət evinin mağazası açılıb. Mağazada qadınlar və kişilər üçün xarici mallar satılıb. Manaf Süleymanovun kitabından: “Tağıyev pasajında (Köhnə univermaq) Dorojnov hər növ hazır paltar satırdı: kişi, arvad, uşaq libasları, yun, ipək, kətan paltarlar...Satıcıların hər fəsil üçün paltarları vardı; özləri də çox şey alan müştəriyə kömək edər, küçəyə qədər yola salar, hətta faytona da mindirərdilər.”  [Manaf Süleymanov. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Bakı-1987]

1907-ci ildə Tağıyev pasajının binalarından birində Bakıda ilk kinoteatrlardan sayılan “Fransız Elektro-Bioqraf” açıldı. Azərbaycanın ilk “Neft və milyonlar səltənətində” bədii filmi ilk dəfə məhz burada nümayiş etdirildi. Sovet dövründə kinoteatrın adı “Təyyarə”yə dəyişdirildi. 1920-ci ildə ticarət mərkəzində teatr rejissoru Vladimir Şveytserin rəhbərliyi altında “Azad Satira Agitteatr” adlı yeni teatr açıldı. [Пассаж Тагиева в Баку — OurBaku]

Manaf Süleymanovun kitabından bəlli olur ki, 1913-1914-cü illərdə Tağıyev bu pasajı qızlar məktəbinə vermək istəmişdir, lakin Birinci Dünya müharibəsinin başlaması buna mane olmuşdur. [Манаф Сулейманов. Дни Минувшие. Баку-1990]

Tağıyev pasajı Sovet dövründə “Köhnə univermaq” və ya Bakı Universal Mağazası (BUM) adlanırdı.

Hal-hazırda da binada ticarət obyektləri yerləşir.

[URIS id=41624]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər