top
Tarixə qovuşan “Qara şəhər”
28 yanvar 2023, 13:16
- +

Tarixə qovuşan “Qara şəhər”

1870-ci illərin əvvəlində çoxsaylı neftayırma zavodları şəhərin böyük hissəsini tuturdu. His və tüstü buraxan zavod boruları əhali üçün narahatlıq yaradırdı. Əhalinin narazılığı quberniya hakimiyyətini 147 neft zavodunun şəhərdən kənara köçürülməsi haqqında qərar verməyə məcbur etdi. Beləliklə, 1876-cı ildə qismən Keşlə kəndi ərazisində və yerli sakinlərin bağ-bostan sahələrində öz adını qaralmış zavod binalarından alan Qara şəhər yarandı.

1880-ci ilə qədər yeni rayonda artıq 118 sənaye müəssisəsi var idi. Burada neft müəssisələri, emalatxanalar, fəhlələr üçün evlər yerləşirdi. Neft işçilərinin əksəriyyəti həmin ərazidə yaşayırdı. Neft hasilatı və neft emalı qadağan edilən Bakının mərkəzində isə zəngin əhali yaşayırdı. [Ш.Фатуллаев. Градостроительство Баку XIX — начала XX веков. Баку-2013]

1890-cı ildə Qara Şəhərə səfər edən türk səyahətçi buranı belə təsvir edirdi: “Hər şey qaradır; divarlar, yer, hava və səma. Sən nefti hiss edirsən və tüstünü içinə çəkirsən və pis qoxu səni boğur. Sən səmanı bürüyən tüstü buludları arasında gəzirsən”.

Layihə sərhədləri daxilində Qara şəhərin ərazisi tükəndikdən sonra neft sahibləri istismar üçün əlverişli olan yeni torpaqlar axtarmağa başladılar. Tezliklə Keşlə kəndinin sakinlərinin torpaqlarında başqa bir sənaye şəhərciyi - şərqdən Qara şəhərin davamına çevrilən Ağ Şəhər yarandı. Ağ Şəhərdə Qara Şəhərdən fərqli olaraq, daha müasir və təkmil neft emalı zavodları yerləşirdi və ciddi çirklənmə yox idi. [Henry, James Dodds. Baku: an eventful history.-1905]

İkinci Dünya müharibəsi illərində, xüsusilə 1942-ci ilin ortalarında, Qafqaz uğrunda gedən döyüşlər zamanı Qara şəhərin zavodları cəbhənin əsas yanacaq təchizatı mənbəyinə çevrilir.

Müharibədən sonra burada yeni sənaye müəssisələri, idman və mədəniyyət mərkəzləri açılır.

[https://www.youtube.com/watch?v=yB4F6We-qLM]

2007-ci ildə Qara və Ağ Şəhərlərin ərazilərinin bərpa və inkişafı məqsədilə “Bakı Ağ Şəhər” layihəsi hazırlanmışdır. Layihə çərçivəsində sənaye obyektlərinin ərazidən kənara çıxarılması, yaranmış tullantıların təmizlənməsi və zərərsizləşdirilməsi, yeni yaşayış kvartalının salınması həyata keçirilir. Bu, Azərbaycanda həyata keçirilən ən iri şəhərsalma layihələrindən biridir. [https://www.bakuwhitecity.com/

https://azkataloq.org/photo/499/qara-seherde-baki-neft-muessiseleri-1920-ci-iller 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər