top
Tağıyev üzərində məhkəmə nə səbəbdən baş tutmuşdur
09 fevral 2023, 18:30
- +

Tağıyev üzərində məhkəmə nə səbəbdən baş tutmuşdur

1912-ci ildə xeyriyyəçi H.Z.Tağıyev üzərində məhkəmə prosesi baş tutmuşdur. Milyonçu evində mühəndis Lütvəli bəy Behbudovun döyülməsini sifariş verməsi ilə ittiham edilirdi.

Behbudov Hacının yanında mühəndis işləyirdi və tez-tez evində olardı. Behbudov iddia edirdi ki,

Hacı ilə onun arasında münaqişə Tağıyevin yoldaşını qısqanması üstündə olub:

“...Saat 03:15-də mən cənab Tağıyevin evinə çatdım və onunla birlikdə mənzilinin daxili otaqlarına tərəf getdik…Tağıyev mənimlə birlikdə pəncərələri bağlanmış yataq otağına girdi. Otağa girdiyim anda qapı arxamdan bağlandı və cənab Tağıyevin “Döyün, öldürün!” əmri ilə gəlişimi gözləyən altı nəfərin qəflətən hücumuna məruz qaldım. O şəxslər bunlar idi: zabit, podpolkovnik M.M.Qacar; yerli sərhəd mühafizə briqadasının sahə kapitanı İ.Məmmədbəyov; Tağıyevin oğlu Sadıx; Kaspi qəzetinin ofis müdiri H.Həsənov; Tağıyev fabrikinin müdiri M.Cəfərov və Tağıyevin qardaşı oğlu M.R.Tağıyev…Bu qəfil hücumdan çaş-baş qalmışdım… zərbələr nəticəsində əldən düşdüm və huşumu itirdim…Bir neçə dəqiqə keçdi… xanım Tağıyeva yoldaşımın müşayiəti ilə göründü. Sonuncu tərəfə dönən cənab Tağıyev onu məndən necə qisas almasına heyran qalmağa və üstümə tüpürməyə çağırdı; sonra mənə ölüm təhdidi altında ultimatum verildi – Bakını əbədi tərk etmək… Sonra əllərimi açdılar və orada olanlardan dörd nəfər məni pilləkənə apardı… məni müşayiət etdi və arabaya qoydu”. [https://bakuresearchinstitute.org/az/the-taghiyev-behbudov-affair-conflict-among-caucasian-muslim-elites-in-the-early-xx-century/#_ftn1]

Məhkəmə iclasında Tağıyev Behbudova qarşı törədilmiş hücumda iştirak etmədiyini və bunun əvvəlcədən planlaşdırılmadığını dedi. Tağıyevin ifadəsinə əsasən, Sona xanım Behbudovun onunla “yaxınlıq etməyindən” şikayətlənmişdir. Bunu eşidən Hacı Behbudovu çağırmağı əmr etmişdir. O, Behbudovu işdən çıxaracağını deyərək ona çölə çıxmasını əmr etdi. Sonra isə pilləkəndən qışqırıq səsləri eşidib əsas salondan çıxdı və qardaşı oğulları Məmməd Rza və Məmməd Bağırın Behbudovu döydüyünü gördü. [Газета Баку, 7 марта 1912 г., № 54.]

Məhkəmə mart ayının 6-dan 12-dək davam edir. Çıxarılan qərarda Hacı iki il yarım, digər iştirakçılar iki il müddətində həbsə məhkum olunur, onlar hüquq və imtiyazlardan məhrum edilirlər. [Газета Каспий, 13 марта 1912 г., № 59.]

Qərar hökm şəklini almazdan əvvəl Hacının və adları çəkilən adamların bağışlanmasını xahiş etmək üçün Peterburqa, imperatorun yanına xüsusi heyət gedir. Heyətə Dumanın üzvü Ə.Topçubaşov, şəhər qlasnılarından M.R.Vəkilov, M.Əsədullayev, M.Nağıyev və iki nəfər də ruhani üləma daxil idi. İmperator onları əfv edir. [Qılman İlkin. Köhnə Bakını tanıyırsanmı. Bakı-2004]

Bu hadisə “Əli və Nino” romanında öz əksini tapıb.

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər